Sən getdin, tək qaldım. Bir liman, bir də mən

700-01235043 © oliv Model Release: No Property Release: No Old Man with Sandwich on Coney Island, New York City, USA

Səhərlər oyanmaq çətin olur. Nə halım o hal deyil, nə də bədənim əvvəlki tək gümrah. Nə çətin imiş qocalıq…

Hər oyananda gözüm gənclik illərimə, çərçivədəki gənclik illərimə sataşır, Sara. Çox heyif şəkillərim çox deyil. İndiki kimi deyilki… Sən bir bu zamanları görəydin kaş. İndi insanlar istədikləri hər anı yadda saxlaya bilirlər. Aparatları istədikləri yerlərə ciblərində daşıyırlar. Hələ bir o aparatlarla bir-birləri ilə saatlarla danışa bilirlər. Kaş sənlə mənim vaxtımda da olardı bu aparatlardan. İndi bu otağın hər yerində bizim şəkillərimiz olardı. Bəlkə də yığışdırardım hamısını. Səni gördükcə dözə bilmirəm. Əlimdə 4 şəklin qalıb o illərdən. Onların da cəmi birində yanaşı durmuşuq. Keçən dəfə bir cavan oğlan mənə dedi bizim ikimizi bir şəklə sala bilər yenə. Elə bizim Ramala oxşayırdı. Dedim oğlum eynisi olmayacaq axı. Mən Saranın yanında dayananda o başqa cür baxardı. İndi elə olmayacaq axı… Başını yelləyib getdi. Biraz pis oldum. Amma sonra keçdi. Həm qocalanda tez-tez inciyirsən, küsürsən. Elə hamıdan. Hamıdan küsürsən, Sara. İndiki zamanda yaşamaq çətindi. Amma kaş sən də mənlə bura kimi gələrdin. Biz nə çətinliklər görmüşdük…

Ramal arada yanıma gəlir. Yaxşıdı. İndi biraz da sənə oxşayır. Uşaqları yoxdu. Deyir hələ istəmirik. Mən də nə deyim. İndi ona nəvənin mənim üçün nə olduğunu başa salsam o da başını yelləyib gedəcək. Elə olanda da çox gec gəlir. Mənim də dərmanlarım gecikir. Bu yaşdan sonra iş tapa da bilmərəm. Elə pensiyam da yeməyimə ancaq çatır. Çayı çox içirəm. Qonşuda cavan tələbələr var. Sağolsunlar mənə tez-tez yemək gətirirlər. Mən də onlara ötən illərdən danışıram. Elə həvəslə qulaq asırlar ki. Çox yaxşı baladılar. Arada səndən də danışıram. Birinin səndən ötrü lap ürəyi gedir. Hər gələndə şəklini əlinə götürüb baxır. Deyirəm kaş siz onu yaxından görərdiniz. Bu sözü həmişə deyirəm. 

Yaxşı ki, bu evi o vaxt satmamışıq. Səndən sonra satmağı çox fikirləşdim. Qala bilmirdim burda.Elə hey səni görürdüm. Sonra baxdım ki, buranı da satsam nəyim qalır ki. Ramal da çox istəmişdi satmağımı. Elə mən fikrimi dəyişəndən sonra daha gec gəlməyə başladı. Amma onu da başa düşürəm. Cavan adamdı. İşləri də deyəsən yaxşı getmir. Satıb pula çevirmək istəyir. Nəsə iş görürlər dostuyla. Amma ondan sonra yerdə çox az pul qalır. Ona da şəhərdən çox uzaqda 1 otaq tapmaq olar. Yaşayaram. 1 otaq bəsimdi. Amma çıxıb gəzməyə bir yeri yoxdu. Uzağa da gedə biləcək halda deyiləm. Hələki bir təhər qalıram burda. 

Həmin ki, o dağınıq adamam. Ən təmiz saxladığım sənin şəklindi. 

Hava çox soyuq olmayanda düşürəm sahilə. Evdə qalan quru çörəydən qoyuram cibimə. Qağayılar o dəqiqə başıma yığışır. Neçə dəfə görmüşəm şəklimi çəkiblər kənardan aparatla. Amma özümə verməyiblər. Nəsə istəyirlər məndən həmişə. Adı yadımda qalmır. Telefonumu istəyirlər. Onu da Ramal alıb mənə. Amma o aparat kimi deyil. Qaytarırlar özümə. Bir-iki dəfə evin yerin soruşublar. Deyiblər baba sənə bunu şəkil edib gətirərik. Evin yerin vermişəm. Amma indi elə çətin danışıram ki, yazıq uşaqlar başa düşmürlər düz-əməlli. Yoxsa gətirib çıxarardılar evə. Tapa bilmirlər yəqin ki. Gələn dəfə gedəndə də mən onları tapmıram. Ramala dedim mənə o aparatdan alsın. Dedi evi satsan yaxşısın alaram. Day mən də istəyə bilmədim. Bilirsən ən xoşuma nə gəlir? O aparatlarda elə qəşəng mahnılar oxutmaq olur ki. Bir dəfə biri dedi baba nə mahnısı istəyirsən de. Mən də rəhmətlik Arifin Liman mahnısını dedim. Elə gözəl oxuyurdu ki, Sara. İki dəfə oxudu. Sonra görmədim o oğlanı. Elə arada özüm oxuyuram. 

Sən getdin, tək qaldım. Bir liman, bir də mən.

Bir səhər bəlkə sən, limana dönərsən.

Bir səhər bəlkə sən. gözlərim yolunu.

Yadımda qalmıyıb indi. Ağlım hərşeyi yaddan çıxardıb, Sara. 

Gündəlik
Köhnə günlərdəki kimi...
Subscribe
Bildir
0 Yorum
Inline Feedbacks
Tüm yorumları gör
Önceki
dönüm noktam
Sonraki
Renkli Düşler Dükkânı 4. Bölüm

İlginizi Çekebilir

kooplog'dan en iyi şekilde faydalanabilmeniz için çerez (cookie) kullanıyoruz.