Sevginin günü varmı?

Kaynak belirtilmedi

Mənimlə heç bir əlaqəsi olmasa da, bu gün “Sevgililər günü”dür.  Yaxşı ki gün ərzində başım işlə qarışıq olub. Camaatın story’lərinə baxmağa vaxt tapmamışam. Başa düşdük, sevgiliniz var, sevgiliniz sizə filan şey hədiyyə edib, falan cür mesaj yazıb. Başqalarının bunu bilməsinə nə ehtiyac var axı? İki insan arasında olan münasibətin ortaya tökülməsinin mənası yoxdur. İcazə verin, özəliniz özəl olaraq da qalsın. Niyə yaşadıqlarınızın dadını çıxarmaq əvəzinə bunu millətə göstərməyə, sanki nəyisə sübut etməyə can atırsınız? Anı yaşayın…

Ümumiyyətlə, sevgi deyilən duyğunun bir günlə məhdudlaşdırılmasına da anlam verə bilmirəm. Əgər bu duyğu sizdə daimidirsə, günü niyə birdir?  Niyə sevgililər sadəcə 14 fevralda gül-çiçək və başqa hədiyyələr alıb, sürprizlər edirlər ki? Başqa vaxt da hədiyyə almaq olar, təbii ki içinizdən gəlirsə.. Heç 14 fevralda hədiyyə almayın, əvəzində başqa günlərdə gözlənilmədən sürprizlər edin qarşı tərəfə. Bunun üçün kim qınaya bilər axı sizi? Sevgili sizin, münasibət sizin, həyat sizin, pul sizin. Əgər başqa vaxt sevgilinizin qəlbini qırır, əsəbləşdirir, mübahisələr edir, onu sıxırsınızsa, sırf sevgililər günündə hədiyyə almağınız düşüncəli olduğunuz anlamına gəlmir. Sevirsinizsə, bunu hər an hiss etdirə bilərsiniz. Bir şey ki, sizə belə bir duyğu bəxş edilib. Mən həmişə olduğu kimi indi də deyirəm, hər insan sevməyi bacarmır və ya hər kəs ona pay göndərilən bu duyğunu daşıya bilmir. 

Hər zaman sevin, sevilin.. Sevginizin, sevdiyinizin, sevildiyinizin qədrini bilin. 

Lyaman Ali
Lyamazade
Subscribe
Bildir
0 Yorum
Inline Feedbacks
Tüm yorumları gör
Önceki
Atarlı şiirler SÖZLER HEPSİ BURADA
Sonraki
İş yeri baskısı (kamu veya özel sektör)

İş yeri baskısı (kamu veya özel sektör)

İlginizi Çekebilir

kooplog'dan en iyi şekilde faydalanabilmeniz için çerez (cookie) kullanıyoruz.