Qızım sənə deyirəm, gəlinim sən eşit..

Fotoğraf sahibi: Sergey Zolkin (@szolkin on Unsplash)

Çox istərdim ki, blogumun ilk yazısında pozitivlik aşıb daşsın. Amma təəssüf həyatımın elə bir dönəmindəyəm ki, tam olaraq hər şey üst-üstə gəlib. Özüm barədə qısa bir tanışlıq verim… 22 yaşım var, universiteti bitirmişəm və hazırda işləyirəm. Hələlik bu qədəri kifayətdir, məncə. Bir neçə adamın tövsiyəsi nəticəsində blog açmağa qərar vermişəm. Ən əsas səbəb isə özümü yalnız hiss etdiyim anlarda, yəni çox vaxt içimi boşalda biləcəyim bir dostumun olması idi. Öz düşüncələrimi yazaraq kimlərinsə həyatına toxuna biləcəyimi ümid edirəm. İnşallah burada sıxılmadan mənə yoldaşlıq edəcək insanlarla yolum kəsişər.

Nəysə, bu qədər tanışlıq yetər deyə düşünürəm.  Artıq bir şeylər bölüşmək zamanı gəldi. Yuxarıda da qeyd etdiyim kimi, həyatımda hər şey o qədər yolunda getmir. Mənəvi olaraq bir boşluğun içindəyəm sanki. Üzülürəm, amma nəyə üzüldüyümü tam olaraq heç kimə izah edə bilmirəm. Doğrusu, danışsam kiminsə anlayacağını da düşünmürəm. Nə ailəmdə hər şey yolundadır, nə də şəxsi həyatımda. İş desəniz, o baxımdan da ürəyim istəyən leveldə deyiləm. Bir sözlə, həyatımda məni xoşbəxt edən şey yoxdur hal-hazırda. Çoxluq içində yalnız qalmaq nədir, çox yaxşı bilirəm. Ətrafında çox adam var, amma heç birini yanında hiss etmirsən. Çox qulaq var, amma heç biri səni dinləmir. Çox göz var, amma səni görmürlər. Ən əsası da çox ürək var, amma hamısı sənə qapalı. 

Mən insanlar özləri istəmədikcə kiməsə məsləhət verməyi sevmirəm, əslində. Amma sizə bir şey deyim, həyatda ən birinci özünüzü sevin. Ən birinci özünüzə dəyər verin, ən birinci özünüzə güvənin və hörmət edin. Əgər siz özünüzü sevməsəniz və ya özünüzə dəyər verməsəniz, başqaları da bunu etməyəcək. Eybi yox, qoy sizə eqoist desinlər. Amma siz özünüzü sevməkdən əl çəkməyin. Özünüzü elə sevin ki, başqa birinin sizə qarşı sevgisizliyi sizi incitməsin, yaralamasın. Sizin sevginiz başqa sevgilərin də yerini doldura bilsin. Çünki ən sonunda sizə qalan yalnız özünüz olacaqsınız. Bilirəm, ailə, sevgili, dost, qohum-əqrəba və s. var. Amma hansı biri sonadək qalacaq? Ümumiyyətlə, sevgi əbədi bir şey deyil. Bir şey ki, insanın özü belə əbədi deyil, onun duyğusu necə əbədi olsun? Hər zaman həyatınızdakı hər kəsin sizi tərk edə biləcəyini dərk edərək yaşayın. Bunun fərqi yoxdur ki, hansı şəkildə tərk edir. Bir gün sənlə normal şəkildə vidalaşıb, həyatından çıxa da bilər, dünyasını dəyişə də bilər və s. Nəticədə hər bir halda səni tərk etmiş olur. Və sən bunu öncədən qəbullandıqda həmin an gələndə canın bir o qədər də yanmır. Amma düşünəndə ki, o heç vaxt elə şey etməz, getməz, məni atmaz bla bla blaaaa… Çox yanılmış olarsınız, həm də çox. İnsan övladıdır bu. Nə edəcəyi bəllimi olar?! Olan ancaq sizə olacaq. Çünki bu düşüncəylə yaşasanız, o insan sizi bir başınıza qoyub gedəndə içiniz paramparça olacaq. Ona görə deyirəm ki, özünüzü düşünün. Hər kəs ilk öncə özünü düşünsün. Baxın, yalnız özünü düşünsün demirəm ha, ilk öncə deyirəm. Təbii ki, bunlar fərqli şeylərdir. 

Unutmamış onu da deyim ki, heç kimlə münasibətinizdə çox fədakarlıq etməyin. İnsanlar layiq olduqlarından artığını gördükdə qudururlar. Sözün əsl mənasında özlərini itirirlər. Sən dəyər verirsən, xətrini əziz bilirsən, fədakarlıq edirsən, o neyləyir?! Deyir ki, yox e mən kiməm ki bu qədər dəyər görüm. Təcili şəkildə qarşı tərəfdən gördüyüm bu münasibəti yerlə-yeksan eləməliyəm, bütün etdiklərini yerə vurmalıyam, güvənini qırmalıyam. Mən nə qanıram axı sevgidən, qoy özümə qarşı nifrət qazanım. Axmağam axı mən. Və beləliklə, bütün münasibətin, etdiyiniz hər şeyin içinə zibil qoyur. Lazım idi sizə? Yaxşı deyiblər, eşşəyə çox dəyər versən, özünü yarış atı zənn edər. Ona görə də eşşəyi elə eşşək yerinə qoymaq lazımdı. Atların haqqını yeyirsiniz. 

İlk dəfədimi deyə çox danışdım, ya bundan sonra hər yazdığım da belə olacaq bilmirəm. Amma ümid edirəm, boş danışmamışam. Başlıqdan da anlamısınız yəqin, bunlar özümə dediyim sözlərdi əslində. Düşündüm ki, öz-özümə danışınca bura yazım, bəlkə kiminsə də eşitmək istədiyi sözlər olar içində. Yazımın özünü yalnız hiss edən insanların qarşısına çıxması diləyiylə..

Lyaman Ali
Lyamazade
Önceki
KAHRAMANMARAŞ DEPREMİ SONRASI İNSANLARI NELER BEKLİYOR?

KAHRAMANMARAŞ DEPREMİ SONRASI İNSANLARI NELER BEKLİYOR?

Sonraki
DARK WEB HAKKINDA BİLGİLER

DARK WEB HAKKINDA BİLGİLER

İlginizi Çekebilir

kooplog'dan en iyi şekilde faydalanabilmeniz için çerez (cookie) kullanıyoruz.