İtirməyə məhkumsunuz..

Kaynak belirtilmedi

Bu dəfə bir neçə bir-biri ilə əlaqəli mövzu ətrafında danışacam ki bunlardan ilki “sözün gücü”dür. İlk olaraq onu deyim ki, insan ağzından çıxan hər sözə diqqət etməlidir. Bir şeyi başa düşmüşəm ki, nə düşünürsən, nə danışırsansa o qarşına çıxır. Mən son bir ildə bunu çox yaxşı təcrübə etdim. Elə vaxt olub ki, olmayan bir şeyi o qədər beynimdə canlandırmışam və ya dilimə gətirmişəm, nəticədə həmin şeylər başıma gəlib. Niyə də yəni niyə istədiyin deyil də, istəmədiyin şeyləri düşünəsən ki? “Filan (neqativ) şey olmayacaq, filan (neqativ) şeyi yaşamayacam” dedikdə belə ağzınızdan neqativ bir söz çıxdığı üçün onu yaşamaq ehtimalınız yüksəlir. Deməli, nə edirik?! Neqativ bir şeyi dilimizə gətirmədən “filan (pozitiv) şey olacaq” deyirik. Məsələn, “xəstələnməyəcəm” yox, “mən sağlamam” desək xəstələnməmək ehtimalımız daha çox olar. Bir sözlə, daim istədiyiniz şeyləri düşünün və onları neqativ bir şey söyləmədən dilə gətirin. İnanın ki, həyatınızda olan dəyişikliklərin getdikcə fərqinə varacaqsınız.

Elə bu yerdə növbəti bir məsələyə keçid edirəm. Bəzi şeylər də var ki, düşünmədiyiniz və gözləmədiyiniz anda başınıza gəlir. Təbii ki, pis şeylər də istisna deyil. Amma gözləmədiyiniz anda həyatınızda yaşadığınız xoşbəxtliklərin nə əvəzi, nə də hər hansı bir sözlə izahı var. Ona görə də bu xoşbəxtliklərə fokuslanın. Əgər başınıza anidən gözəl şeylər gəlirsə, onları görməzdən gəlməyin və  dadını çıxarın. Yaşadığınız xoşbəxliklər sizi də gözəlləşdirir. İstər daxili, istərsə də xarici baxımdan fərqlilik yaşayırsınız. Xoşbəxliklərdən də danışmışkən onu qeyd edim ki, onun qarşınıza nə zaman və harada çıxacağı həqiqətən də bəlli olmurmuş. Axtarmadığınız anda belə xoşbəxtlik qarşınıza çıxa bilər. Onun qədrini bilin. Çünki insan hər zaman özünü xoşbəxt hiss etmir. İnsanın həyatına hər zaman ona sevildiyini, dəyərli olduğunu hiss etdirən, hər şeyə rəğmən, həyatında nə qədər çətinliklər olursa olsun, onun üzünü, ən əsası isə qəlbini güldürən, gününü gözəlləşdirən biri daxil olmur. Yanında yeri gələndə yetişkin, yeri gələndə uşaq kimi, vacib olan isə özün kimi hiss etdiyin biri varsa, çox şanslısan. Əslində, belə baxanda bir insanı xoşbəxt etmək o qədər də çətin deyilmiş. Sadəcə insan onu yoran, ona özünü dəyərsiz, önəmsiz hiss etdirən, onu görməzdən gələn, ona vaxt ayırmayan birinin arxasınca qaçmamalıdır. Siz siz olun, əmək sərf edəcəyiniz, zamanınızı, illərinizi ayıracağınız, fədakarlıq edəcəyiniz, tolerans göstərəcəyiniz, qayğısına qalacağınız insanı doğru seçin. Çünki yanlış seçimlər sizdən önəmli olan nələrisə götürür.

Vaxt ayırmaq məsələsinə isə ayrıca toxunmaq istəyirəm. Son zamanlarda bunu o qədər yaxşı anlamışam ki, insan istədiyinə zaman ayırmaq deyil, zaman yaradır. Ən azından buna cəhd edir. Əgər mühüm bir məsələ yoxdur və nəticəsində heç bir problem yaranmazsa, həqiqətən görmək, yanında olmasını istədiyin biri ilə zamanını bölüşmək üçün yorğunçuluq, iş-güc, təhsil və s. bəhanə ola bilməz. Əgər zaman yaratmırsınızsa, itirməyə məhkumsunuz, əziz dostlarım. Heç nə sevdiklərinizdən önəmli deyilmiş…

Son olaraq hər birinizə sevib, sevilməyi, dəyər və hörmət görməyi, ənnn əsası anlaşılmağı diləyirəm…

Lyaman Ali
Lyamazade
Önceki
YAZININ BAŞLIĞI FALAN YOK
Sonraki
SON ZAMANLARDAKİ FUTBOL İKLİMİ ÜZERİNE..

İlginizi Çekebilir

kooplog'dan en iyi şekilde faydalanabilmeniz için çerez (cookie) kullanıyoruz.