Yenə qarşınızdayam.. Çünki qarşımda bunları deyə biləcəyim bir insanın olmadığının fərqinə vardım.
Bilirəm, münasibətlərdə o qədər də yaxşı deyiləm. Bəlkə də heç yaxşı deyiləm. Nə yaxşı dost, nə sevgili, nə övlad, bacı, iş yoldaşı bla bla bla… Əslində, yaxşı olduğumu düşünmüşəm həmişə, amma deyəsən heç birində vəzifəmi istənilən kimi yerinə yetirə bilməmişəm. İnsanlarmı daha qəlizdir ya mənmi, tam olaraq qərar verə bilməmişəm.
Mən ümumiyyətlə, təkliyi sevən biriyəm. Amma bu təklik dedikdə dünyadan, insanlardan təcrid olunaraq, hamıdan uzaqlaşaraq bir küncə çəkilməyi nəzərdə tutmuram. Sadəcə öz dünyamda öz-özümlə vaxt keçirməyi sevirəm. Bunu yanlış etmiş ola bilərəm. Deyəsən, istəməyərəkdən insanları özümdən uzaqlaşdırmağı bacarıram. Doğrusu, uzaqlaşmaq istəyənlər üçün edə biləcəyim heç nə yoxdur. Getmək istəyən üçün hər zaman qapılarım açıqdır. Mən ətrafım insanlarla dolu ikən belə özünü yalnız hiss edən bir insanam. Ətrafımda insanların olmaması da yıxmaz məni. Amma bunu həqiqətən dəyər verdiyim insanlardan görmək pisimə gəlir deyə bilərəm. Nəysə, onsuzda mən həmişə yanlış insanlara dəyər vermişəm. Bunun nə vaxtsa düzələcəyinə ümid edirəm, amma inandığımı deyə bilmərəm. Sözün qısası, mən deyəsən yalnızlığa məhkum edilmişəm. Bəzən valideynlərimin belə məni sadəcə övladları olduğum üçün sevdiklərini düşünürəm. Ailəvi məcburiyyətləri var nəticədə. Ona görə də yad insanlardan çox da böyük bir gözləntim yoxdur. Hər kəs özü bilər.
Əsas özünüzsünüz. Özünüzə yaxşı baxın. Çünki sizi sizdən başqa düşünən olmayacaq…