Bəlkə də qayıtmayacaq…

42-ci ilin sıravi bir günü idi. Yaz təzəcə girmişdi. Quşlar budaqlarda,uşaqlarsa dar küçələrdə oynayırdılar.  Səhər təzəcə açılmışdı. 8 yaşlı Yasəmən birtəhər gözlərini araladı. Çarpayısı pəncərənin qarşısında olduğu üçün,gün işığı düz onun kiçik narazı üzünə düşürdü. Yenidən gözlərini bağladı. Birdən anasının onun üzündən də narazı olan səsini eşitdi: “Ay qız,dur demirəm?! Dur deyirəm sənə,bəsdir sən də məni yordun!”

Yasəmən qara gözlərini astaca açdı,amma üzündəki narazı ifadə hələ getməmişdi. Sürüşüb çarpayıdan düşdü,pəncərəyə tərəf gəldi. Yenə küçədə 5-6 uşaq oynayırdı,yenə gülüşürdülər. Yasəmənin ağlından yenə həmin cümlə keçdi :”Ehh,siz axı nə bilirsiniz?!”.

Əl-üzünü yuyub,mətbəxə girdi. Mətbəx deyəndə ki,anasının yemək bişirdiyi yerə. 

-“Ana,mənə çay süz” deyə dilləndi. Anası ona qulaq asmırdı,hey yenə nəsə fikirləşirdi. Nəhayət,çayı gətirdi. Çayın rəngi buğdadan az fərqlənərdi. 

-“Ana,bəs “pesok”?”

-“Çörəyini ye,Yasəmən,az danış! Nə varsa onu da ye!”

Yasəmən bir parça çörəklə çayını içib ayağa qalxdı. 

-“Ana,gedim görüm poçtalyon gəlib?..  Bəlkə də atamdan xəbər var…Həə,ana?”- Yasəmən gülümsündü.

Ana dinmədi,başını qaldırıb Yasəmənin üzünə belə baxmadı. Yasəmən evdən çıxıb,nə qədər poçtalyon axtarsa da tapa bilmədi. Birdən divara söykənərək əldə düzəldilmiş əyri cib bıçağıyla budaq yonan Ziyanı gördü. Ziya Yasəməndən 2 yaş böyük idi. Onun atasını nemeslər öldürmüşdülər. Bəlkə də Ziya nemeslərə Yasəmənin nifrət etdiyindən də çox nifrət edirdi. Həmişə onlar kimin nemeslərə daha çox nifrət etdiyi barədə bəhsə girirdilər. 

-“Ziya,poçtalyonu görmüsən? Ürəyimə damıb ki,atamdan məktub var.”

Ziyanın qanı qaraldı,qaşları çatıldı və astaca səslə cavab verdi:

-“Yox,Yasəmən,bu gün məktub günü deyil”.

-“Gəl,axtaraq.Çörək haqqı…. yuxuda görmüşəm.Bu dəfə yazıb. Yazıb ki,bir-iki aya qayıdacağam”.

-“Yasəmən,sənin atan 2 ildir bir sətir belə olsun məktub yazmayıb,bəsdir hər gün poçtalyon axtardın!”

Yasəmənin gözləri doldu:

-“Sənə deyirəm yuxuda görmüşəm. Niyə başa düşmürsən? Elə Sonya müəllimə düz deyirdi,sən əsl axmaqsan! Deyirəm atam 1-2 aya qayıdacaq…..”

-“1-2 aya?”

-“-Bəli!”

-“Bəlkə də heç qayıtmayacaq…”

Muhammedhasan✨
Subscribe
Bildir
0 Yorum
Inline Feedbacks
Tüm yorumları gör
Önceki
Pazarcının elleri…
Sonraki
Dış Görünüş bize Ne İfade Ediyor ?

İlginizi Çekebilir

kooplog'dan en iyi şekilde faydalanabilmeniz için çerez (cookie) kullanıyoruz.